Elmar Iskandarov at The Ministry of Culture and Tourism of Azerbaijan Republic

Elmar Iskandarov at The Ministry of Culture and Tourism of Azerbaijan Republic

понедельник, 17 января 2011 г.

Nüvə Silahlarının Əsaslı Səmərəsizliyi: Müharibədən Sonrakı Dövrdə Stabillik

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

Fakültə : Regionşünaslıq və Beynəlxalq Münasibətlər

İxtisas  : Cənub-Şərqi Asiya və İndoneziyaşünaslıq

468-ci Qrup tələbəsi

İskəndərov Elmar

TEZİS

MÖVZU

Nüvə Silahlarının Əsaslı Səmərəsizliyi: Müharibədən Sonrakı Dövrdə Stabillik




Tezisdə nüvə silahlarının müharibədən sonrakı dövrdə bizim həyatımıza təsiri mühüm yer alır. Bəziləri nüvə silahını faydalı, digərləri isə səmərəsiz hesab edirdi. Müdafiə analitiki Edward Luttwak belə bir fikir irəli sürür, “Biz 1945-ci ildən nüvə silahının köməyi ilə davamlı sülhə nail olmuşuq”. Bu fikrə tənqidi yanaşaraq belə hesab edirəm ki, bu fikir tamamilə yanlışdır. Çünki, sülhü nüvə silahı olmadan da təmin etmək olar. Nüvə silahına sahib olmaqla, digər ölkələri qorxu altında saxlamaqla sülhə nail olmaq olmaz. Əksinə, nüvə silahı olmayan ölkələr də onu əldə etməyə çalışacaqlar, hal-hazırda İranı buna misal göstərmək olar.

Amma, bu fikir özünü o zaman doğruldur ki, hər iki rəqabət aparan ölkə nüvə silahına malik olur.
Robert Art və Kennet Volts belə nəticəyə gəlirlər ki, “ABŞ və SSRİ, eləcə də, NATO və Varşava Paktı arasında müharibə praktik cəhətdən sıfıra bərabər idi, çünki, hər iki blok nüvə silahına malik idi.” Belə hesab edirəm ki, o zaman ən optimal çıxış yolu soyuq müharibə idi, ondan da kimin qalib çıxdığı artıq bəllidir. “Bir güllə belə atılmadan” SSRİ çökdü.

Ancaq, nüvə silahlarının mövcudluğu hər zaman bir fəlakət baş verəcəyinə qarantdır. Jonathan Schell haqlı olaraq vurğulayır ki, “Əgər biz oyanıb dünyanı nüvə silahlarından təmizləməsək, hər şey məhv olacaq”.

Lakin, bu məqalə hər iki baxışı götürür və sonda belə bir nəticəyə gəlir ki, nüvə silahları nə əsaslı stabillik vəd edir, nə də ki ona ciddi bir hədə ola bilər. II Dünya müharibəsindən sonrakı uzun müddətli sülhü nüvə silahlarının mövcudluğu və ya nüvə dövrü ilə əlaqələndirmək düzgün deyil, çünki, bu uzun tarixi prosesin nəticəsidir.

Amma, nüvə silahlarının mövcudluğu III Dünya müharibəsinin olmayacağına zəmanət verə bilməz, əksinə, III Dünya müharibəsi nüvə müharibəsi ola bilər. I Dünya müharibəsinin acı xatirələri, II Dünya müharibəsindən heç də geri qalmırdı, lakin, bu xatirələr, növbəti müharibənin qarşısını almadı.

Müharibə ABŞ üçün biznesdir(Denis Brogan). Doğurdan da, Dünya müharibələrinin gedişində, ABŞ müharibədən öz xeyrinə istifadə edirdi. Belə ki, müharibədən sonra zəifləmiş ölkələr ABŞ-dan iqtisadi asılılığa düşürdülər, çünki, müharibə zamanı ABŞ onlara çoxlu kredit vermişdi və bunu qaytarmaq lazım idi. Bu isə, iqtisadiyyatı tənəzzülə uğramış, yenicə müahribədən çıxmış ölkələr üçün heç də asand deyildi. Prezident Truman belə hesab edirdi ki, onun nüvə hədəsi 1946-cı ildə Sovetləri İrandan çıxmağa, Eyzenhauer isə hesab edirdi ki, nüvə qorxusu, 1953-cü ildə Koreya müharibəsindən sonra Çini məhsuldar danışıqlara gətirdi.

Ancaq, McGeorge Bundy bu hadisələri qiymətləndirərkən bildirmişdi ki, heç bir hadisədə nüvə faktoru həlledici rol oynamayıb. Bu hadisələrdə, İranda hökümətin manevrləri və Stalinin ölümü əsas rol oynayırdı.

Nüvə silahlarının mövcudluğu, nüvə müharibəsi qorxusunu həmşə yaşadacaq. II Dünya müharibəsindən sonra belə bir müharibə olmasa da, onun nişanələri(olma ehtimalları) olub: Berlin blokadası(1948-49), Tayvan boğazı(1954-55 və 1958), Livan(1958), Berlin(1958 və 1961), Kuba böhranı(1962), 6 günlük müharibə(1967), Sovet-Çin qarşıdurması(1969), Yom Kippur müharibəsi(1973) Şimali-Cənubi Koreya(2010) və s. 

Комментариев нет:

Отправить комментарий