AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
Fakültə : Regionşünaslıq və Beynəlxalq Münasibətlər
İxtisas : Cənub-Şərqi Asiya və İndoneziyaşünaslıq
468-ci Qrup tələbəsi
İskəndərov Elmar
SƏRBƏST İŞ
MÖVZU
İnsan İnkişafına Mane Olan Amillər: Yoxsulluq. Yoxsulluğun Qeyri-iqtisadi Amilləri. Yoxsulluq ilə Mübarizə Proqramları. Azərbaycanda Yoxsulluğun Azalma Dinamikası
Yoxsulluq, insanların öz gündəlik maddi ehtiyyaclarının hamısını və ya böyük bir qismini təmin edə bilmədikləri bir vəziyyətdir. Yoxsulluğun əsasını xüsusilə yemək, içmək və geyim kimi əsas ehtiyyacların təmin oluna bilməməsi təşkil edir. Lakin, inkişaf etmiş dövlətlərdə yoxsulluğun əsas xüsusiyyətləri müxtəlif cür qəbul edlimişdir. İnkişaf etmiş dövlətlərdə yoxsulluğun əsas göstəriciləri:
· Əhali arasında funksional savadsızlığın səviyyəsi
· Ölkədə yoxsulluq həddindən aşağı səviyyədə gəlirləri olan əhalinin faizi
· 12 aydan artıq müddət dövründə işsiz qalan əhalinin faizi
Yoxsulluğun əsas amilləri:
Yoxsulluğun meydana gəlməsi səbəbi ayrı-ayrı bölgə və regionlarda, müxtəlif cür qəbul edilmişdir. Əsas amillər arasında Təbii-coğrafi amillər, iqtisadi amillər, siyasi və sosial amillər sadalana bilər.
Təbii-coğrafi amillər
Təbii-coğrafi amillərin əsasını təbii fəlakətlər, yaşıllıqların azalması və quraqlıq kimi səbəblər təşkil etsə də, bu problemlərin yaranmasında meşələrin insanlar tərəfindən qırılması əsas rol oynayır. Əkinçiliyə yararlı olan torpaqlarda yanlış gübrələmə, suvarma üçün sudan ifrat dərəcədə istifadə edilməsi, bölgədə qıtlığa və yoxsulluğa yol aça bilir. Beləliklə, suyun və qidanın tam olaraq kifayət etmədiyi yerlərdə yoxsulluğun qarşısının alınması mümkün deyil.
İqtisadi amillər
Yoxsulluğun bariz nümunələrindən olan iqtisadi amillər arasında işsizlik başlıca yeri tutur.
Siyasi amillər
Siyasi qüvvələr, böyük yoxsulluqlara səbəb ola bilər. Yanlış siyasət, təhsilə ayrılan dəstəyin çox az olması, yoxsul bir nəsil yetişməsinə səbəb olur.
Sosial amillər
Demoqrafik partlayışın yüksək olduğu ölkələrdə yoxsulluq aktual bir problemdir. Xüsusilə ailə planlaşdırılması siyasətinin zəif olduğu ölkələrdə bu problem böyük bir rezonans doğurmaqdadır. Bundan başqa, müharibələr, savaşlar, soyqırımlar insanların uzun müddət yoxsulluq içində yaşamasına səbəb olmuşdur.
Dünyada Qlobal Yoxsulluq dərəcəsinin müəyyən edilməsinin yeni üsulu tətbiq edilməyə başlanır
Çox ölçülü Yoxsulluq İndeksi adı daşıyan bu göstərici dünya boyu yoxsulluğun daha dəqiq mənzərəsini təsvir etməyə kömək edir. İndiyə qədər dünyada yoxsulluğun ölçüsü üçün cəmi bir parametrdən istifadə olunurdu - deyilirdi ki, adambaşına gündəlik qazancın 1 dollar civarında olması yoxsulluq əlamətidir. Lakin yoxsulluğun yeni üsulla ölçüsü, elmi dairələr tərəfindən uzun illər ərzində aparılmış araşdırmaların nəticəsidir. Alimlər hesab edir ki, təkcə qazancı ölçməklə, insanların nə dərəcədə yoxsul olmalarını tam şəkildə əks etdirmək mümükün deyil. Tədqiqatçılar hesab edir ki, gəlirlə yanaşı, eləcə də təmiz sudan, kanalizasiya sistemindən, məqbul qiymətə elektrikdən istifadə etmək imkanları insanların malik olduqları rifah dərəcəsinin daha dəqiq ölçülməsini təmin edir.
Yeni indeks əsasında aparılmış ölçülərə görə, Efiopiada əhalinin 90 faizi yoxsul saylır. Halbuki tək gəlir ölçüsü əsasında müəyyən edilmiş yoxsulluq səviyyəsi bu ölkədə 38 faiz təşkil edib. Yeni indeks ölçüsü çərçivəsində ən yoxsul ölkə Niger olub - burada yoxsulluq dərəcəsi 93 faizdir. Dünyanın yoxsul əhalisinin 25 faizi Afrikanın payına düşür. Yoxsulların yarıdan çoxu isə Cənubi Asiyada yaşayır - Əsasən Hindistan və Banqladeşdə. MPİ kimi işarələn yeni yoxsulluq indeksi dünya boyu yoxsulluq ilə mübarizənin hədəflərini daha dəqiq müəyyən etməyə kömək edəcək.
Dünyada Yoxsulluğun Səviyyəsi
BMT baş katibi Pan Gi Mun 17 oktyabr – Beynəlxalq Yoxsulluqla Mübarizə Günü ilə əlaqədar üzv dövlətlərə müraciət edib.
BMT-nin Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, müraciətdə deyilir: “Son hesablamalara əsasən, qlobal maliyyə böhranı 50 milyon iş yerinin itirilməsinə səbəb olub. 2009-cu ildə 100 milyona yaxın insan ifrat yoxsulluq şəraitində yaşayır. İqlim dəyişmələri problemi isə vəziyyəti daha da ağırlaşdıracaq.
BMT-nin Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, müraciətdə deyilir: “Son hesablamalara əsasən, qlobal maliyyə böhranı 50 milyon iş yerinin itirilməsinə səbəb olub. 2009-cu ildə 100 milyona yaxın insan ifrat yoxsulluq şəraitində yaşayır. İqlim dəyişmələri problemi isə vəziyyəti daha da ağırlaşdıracaq.
ABŞ-da Yoxsulluğun Səviyyəsi
Birləşmiş Ştatların əmək qabiliyyətli, lakin yoxsulluq həddində yaşayan sakinlərinin sayı rekord həddə çatıb.
Yerli mətbuatın yazdığına görə, son qlobal iqtisadi böhrandan sonra ABŞ-da hər 7 ailədən 1-i yoxsulluq şəraitində yaşayır. Ölkədə yoxsulluğun səviyyəsi 14,3%-dir və bu, 43,6 milyon nəfər deməkdir. Bu, 1960-cı ildən sonra Amerikada qeydə alınmış ən maksimal rəqəmdir.
Azərbaycanda Yoxsulluğun Azalma Dinamikası
12 -01 -2008 . «Yoxsulluq həddi 16%-ə düşüb»
2008-ci ildə minimum əmək haqqı və minimum pensiyanın həcmi artdı.
2007-ci ildə sosial məsələlərin həllinə də böyük diqqət yetirilib.
Bundan başqa, 2008-ci il yanvarın 1-dən minimum əmək haqqı və minimum pensiya 20% artırılaraq 60 manata çatdırılıb: «Nəzərə alsaq ki, bir neçə il bundan əvvəl bu rəqəm haradasa 9 manat səviyyəsində idi, bu, böyük irəliləyişdir. Hazırda 90 manatdır və şübhə yoxdur ki, 2011-ci ildə minimum əmək haqqı və minimum pensiyanın həcmi yenə də artırılmalıdır».
Ünvanlı sosial yadım proqramı da uğurla icra edilir, bu proqramla 78 min ailə əhatə olunur və orta hesabla hər bir ailəyə dövlət tərəfindən verilən yardım təxminən 100 dollar təşkil edir və bu proses bundan sonra da davam etdiriləcək
Əgər 2003-cü ildə Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar 49% idisə, 2008-ci ilin yanvarın 1-nə bu göstərici 16%-ə düşüb»
Комментариев нет:
Отправить комментарий